Dünya şöhrətli türkiyəli yazıçı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orhan Pamuk evlənib.
YeniYaz.Az türk mətbuatına istinadən xəbər verir ki, o, 10 ildir münasibətdə olduğu Aslı Akyavaşla ailə qurub.
Qeyd edək ki, O.Pamuk 2006-cı ildə Ədəbiyyat üzrə Nobel mükafatı laureatı olub.
Yazıçı ilk dəfə 1982-ci ildə Aylin Türegünlə ailə qurub. Bu izdivacdan cütlüyün Rüya Pamuk adlı qızları var.
Xatırladaq ki, Pamukun 70, Akyavaşın 47 yaşı var.