“Qanun” Nəşrlər Evində görünməmiş kampaniya - Fotolar

“Qanun” Nəşrlər Evində görünməmiş kampaniya   - Fotolar

18 Noyabr 2022 10:00 245


Bu gündən “Qanun” Nəşrlər Evi yeni satış-sərgiyə başlayır.

Nəşriyyatın akt zalında təşkil olunan sərgidə biri-birindən maraqlı kitablara 90 faizə qədər endirim tətbiq edilir.

Digər kampaniyalardan fərqli olaraq burada kitab çeşidləri xeyli çoxdur.

Oxucular hətta 1, 2, 3 manata çox dəyərli kitablar əldə etmək imkanı qazanırlar.

Sərgi noyabrın 24-dək davam edəcək və hər gün səhər saat 9-dan axşam saat 20-dək fəaliyyət göstərəcək.