Sabir bağında kitab sərgisi keçirilir - Xüsusi endirimli...

Sabir bağında kitab sərgisi keçirilir   - Xüsusi endirimli...

07 İyul 2023 09:58 205


İyulun 7, 8 və 9-u Sabir bağında “Qanun” Nəşrlər Evinin kitab sərgisi keçirilir.

Sərgidə yüksək faizli endirimlə ucuz qiymətə, hətta bir-iki manata kitablar əldə etmək mümkündür.

Bazar günü axşama qədər davam edəcək sərgidən hər mövzuda və hər yaş xüsusiyyətinə uyğun kitab tapmaq mümkündür.

Maraqlananlar dəvətlidirlər.