Seymur Baycandan yeni kitab - Foto

Seymur Baycandan yeni kitab   - Foto

28 Fevral 2022 12:37 322


Yazıçı Seymur Baycanın yeni kitabı çıxıb.

Qanun Nəşrlər Evində işıq üzü görən kitab “Gecikmiş hekayələr” adlanır.

Burada yazıçı oxucusunun qarşısına maraqlı və gözlənilməz eksperimentlə çıxır. O, Sovet Azərbaycanının ədəbiyyatı və sosialist realizmini qələmindən keçirərək yeni interpretasiyada təqdim edir.

Seymur 70 illik dövrün ədəbi materialını bizə yeni forma və məzmunda təqdim edir.

Hər yeni şey unudulmuş köhnədir deyimini bu hekayələrə tam rahatlıqla aid etmək olar.