Sübhün budağında quş səsi – Günün şeiri

Sübhün  budağında quş səsi   – Günün şeiri

26 Yanvar 2022 11:13 458


Bu gün müasir ədəbiyyatımızın ən istedadlı nümayəndələrindən olan Xanəmirin doğum gündür. YeniYaz.az bu münasibətlə şairi təbrik edir və onun “Nəsimidə Ənəl Həqq” şeirini yayımlayır.

Ey dili qafil fil faili məchul fani f...
Sübhün budağında quş səsi
Üzümə rəsm cizdi...
Telləri tökülsün sümbül qələmin
Telləri tökülsün nə istərsə yazsın....

Quşun səsi üzümdə rəsm cizdi
Özünə bənzədi özü kimi Allahı gördü...
Lələyi tökülsün qələmin
Adəm kimi çılpaq qalsın

Quşun səsi üzümdə rəsm cizdi
Sonra nəfəs istəyirdi Allahdan
Öz gününə salmaq istəyirdi
Aya baxan üzümdəki rəsmi...

əllərinə gül al dedim
əllərinə gül al
dəyişsin axırzaman tabloları – gözəlləşsin
istədiyimizi söyləyə bilək Allaha
məndən sonra ey torpağa yaxınlaşan
yeddi canı qorumaq əzabın olsun
yeddi qanadlı ruha verəcəyin söz- günahın olsun
məni dinləmə daha
məni dinləmə daha

ölümə tanış verdim səni - heç vaxt gülləri unutma
səssizlik qədər gələn ölümə: o uzaqların uşağı
o müjdəsi qəfil
görüntüsü ana bətnindən uzaq