“Kim deyir ki, kitab oxunmur? Oxucularımızın zövqü var. Yaxşı kitabı oxuyurlar”.
Bu sözləri tanınmış diplomat, tərcüməçi və yazar Vilayət Quliyev öz sosial şəbəkə hesabında yazıb. O, daha sonra əlavə edib:
“Qanun” nəşriyyatı bu günlərdə mənim tərcüməmdə Corc Oruellin “1984” romanının üçüncü nəşrini buraxıb. “Azərbaycan” jurnalı və Dünya Ədəbiyyatı Kitabxanası “100 cildliyini də nəzərə alsaq 5-ci nəşrdir. Ərəb əlifbası ilə Təbriz nəşrini də əlavə etsək, 6 olur”.