Xırdalanda kitab sərgisi - Fotolar

Xırdalanda kitab sərgisi   - Fotolar

25 Aprelel 2022 10:26 565


‘’Sərgi çox yaxşı keçdi.”

Bu sözləri YeniYaz.Az-a 23-24 aprel tarixlərində Xırdalan şəhərinin Heydər Əliyev Parkında təşkil olunmuş “Oxu günü-8” sərgi-festivalında iştirak edən Qanun Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu bildirib. O. daha sonra əlavə edib:

“Xeyli insan gəldi, maraqla iştirak etdi. Gözəl bir parkdır ora. Tədbir də yaxşı təşkil olunmuşdu. Təqdirəlayiq haldır bu. Həm tədbirin təşkili, həm də insanların marağı...”

Qanun Nəşrlər Evi sərgidə bütün nəşrlərə 30 faiz endirim tətbiq edib.

Xatırladaq ki, nəşriyyat bu ilin mayında da Bakı və Sumqayıtda sərgi təşkil etmək fikrindədir.