Fevralın 16-da Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Yaradıcılıq Fakültəsi işə başlayır.
Bu barədə YeniYaz.Az-a fakültənin dekanı, yazıçı Mübariz Örən məlumat verib.
O bildirib ki, nəzərdə tutulan fənlər üzrə müəllimlər aşağıdakılardır:
Kamal Abdulla - Mifologiya
Niyazi Mehdi - Mədəniyyətşünaslıq
Tehran Əlişanoğlu - Tənqid
Maral Yaqubova - Müasir ədəbi proseslər
Ayaz Salayev - Kinoşünaslıq
İlham Rəhimli - Teatrşünaslıq
Mələk Muxtarova - İngilis dili
Mübariz müəllimin sözlərinə görə, konkret fənlərlə yanaşı poeziya və proza üzrə sənətkarların ustad dərsləri, görkəmli şair və yazıçılarla görüşlər də nəzərdə tutulub.