Azərbaycanlı yazıçı Nemət Mətinin "Son Uçuş" hekayə kitabı Türkiyədə çap olunub.
“Artshop Publications” nəşriyyatında işıq üzü görən kitabı jurnalist, şair-yazıçı İbrahim Tığ və Bülent Ecevit Universitetinin doktoru Rövşən Məmmədov türk dilinə çeviriblər.
Ön sözünü İbrahim Tığın yazdığı “Son Uçuş”a 17 hekayə yer alıb.
“Nemət Mətinin bu gözəl əsərini türk oxucularına təqdim etməkdən xoşbəxtik. Ümid edirik ki, kitabdakı hekayələrdən zövq alacaqsınız”, – deyə İbrahim Tığ yazdığı öns özdə bildirib.