Yazıçıya vəzifə verildi

Yazıçıya vəzifə verildi

15 Yanvar 2022 14:58 988

“Yaradıcılıq fakültəsi”nə yeni dekan təyin olunub.

YeniYaz.az xəbər verir ki, fakültəyə tanınmış yazıçı Mübariz Örən rəhbərlik edəcək.

Yenidən formalaşdırılan "Yaradıcılıq Fakültəsi"nə qəbulla bağlı yeni müsabiqə də elan edilib.

Mübariz Örən yeni dövr Azərbaycan prozasının tanınan simalarındandır.

Onun “Balıq gülüşü” adlı nəsr kitabı işıq üzü görüb.

Xatırladaq ki, “Yaradıcılıq fakültəsi” Azərbaycan Dillər Universiteti ilə Azərbaycan Yaradıcılıq Fondunun birgə layihəsidir.

Bundan əvvəl fakültənin dekanı Qismət Rüstəmov idi.