Bir sən, bir mən olum, bir uçuq kaha – Günün şeiri

Bir sən, bir mən olum, bir uçuq kaha   – Günün şeiri

11 Fevral 2022 09:40 404


Bu gün tanınmış şair Əliağa Kürçaylının anım günüdür. YeniYaz.Az bu münasibətlə şairin “İstərəm” rədifli qoşmasını təqdim edir.

Mən sənin eşqinin asimanında
Aya, ulduzlara çatmaq istərəm.
Min-min səadəti boyunbağıtək
Mən sənin boynuna atmaq istərəm.

Bir sən, bir mən olum, bir uçuq kaha,
Heç nə istəmirəm taledən daha.
Bütün kədərini alıb çox baha,
Sevinci havayı satmaq istərəm.

Yaşayım yüz il də, milyon da, min də,
Həyatım bitəcək həmin o gündə.
Sənin gözlərinin dərinliyində,
Boğulmaq istərəm, batmaq istərəm.