Bu gün Bakıda teatr festivalı açılır - İlk dəfə

Bu gün Bakıda teatr festivalı açılır   - İlk dəfə

02 Martt 2022 10:39 262


Bu gün saat 18-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında I Müstəqil Teatrlar Festivalının açılış mərasimi olacaq.

YeniYaz.Az-ın verdiyi xəbərə görə, festivalın proqramına uyğun olaraq saat 16-da və 19-da isə tamaşa nümayişi nəzərdə tutulur.

Festival martın 6-dək davama edəcək.

Xatırladaq ki, “Teatr Baharı” adlanan festival Mədəniyyət Nazirliyi nəzdində İctimai Şuranın təşəbbüsü, Qanun Nəşrlər Evi və bakupost.az saytının dəstəyi ilə keçirilir.

Festivalda tamaşalar göstəriləcək, tamaşaların müzakirəsi aparılacaq, panellər təşkil ediləcək, maraqlı görüşlər olacaq.

Tədbirlərə giriş sərbəstdir.

Festivalın afişasını təqdim edirik