Könlümüzün adamı

Könlümüzün adamı

07 Martt 2023 13:11 822


İnsan həyatda təşəkkür etməyi, üzr istəməyi, sədaqət göstərməyi və verilən dəyərə layiq olmağı bacarmalıdır. Gözəllik, zənginlik, vəzifə və digər bu kimi önəmli saydığımız şeylər isə bir yerə qədərdir. Bir yerdən sonra insan özünə hesab verdiyində, etdiyi yaxşılıqları görüb gülümsəyərək öz şəxsiyyətinə təşəkkür edir...

Qadın, ya kişi fərq etməz hər kim olursa olsun, ən əsası insan xarakter sahibi olmalıdır. Hər halınla çevrəndə baş verən hadisələri müşahidə edib, insanlara diqqət göstərib dinləmək, onların qayğılarını, problemlərini özününkü hesab etməyi, dəstək olmağı bacarmaq hər kəsə xas xüsusiyyət deyil.

Yaşadığınız qarma-qarışıq dünyada nə yaxşi ki, qarşılaşdığımz yaxşılar da var. Nə xoş bizə ki, tale bizi belə insanlarla qarşılaşdırıb.

Hər şeyin sonunda insan zəka və xarakter qazanır. Onun gözəl qəlbli olması mükəmməl olmaqdan daha vacib və gözəldir.

Qəlb qırmaqdan uzaq olub, könül almağı və özünü, sözünü təmiz tutaraq, ruhunu, gözünü, əlini haramdan uzaq tutan, gözəl baxıb, gözəl görməyi bacaran xarakter sahiblərindəndir İlhamə Hüseynova. O, 2019-cu ildən - Azərbaycan Dövlət Televiziyasının kadrlar şöbəsinin rəisi vəzifəsinə təyin olunduğu gündən orada çox şeyləri dəyişdi. İllərlə bağlı qalan qapıları üzümüzə gülümsəyərək, səmimiyyətlə açaraq sonuna qədər bizləri dinləməyi bacardı. Hər kəs üçün ana, bacı və işlədiyi sahənin ləyaqətli dürüst əməkdaşı, könül insanı oldu.

Hər zaman könlü, gözü tox olan, etdiklərini təmənnasız edən, ürəkləri duyub, qəlbləri sevindirməyi bacaran bir insandır İlhamə xanım. Televiziyaya gəldiyi gündən orada başlayan struktur dəyişiklikləri zamanı əməkdaşların ən çətin anında onlara yol göstərib. Hamıya dəstək olaraq, yaranan narahatçılıqları aradan qaldırılmasında öz təcrübəsinə söykənib. Hər bir problemi həll edərək yoluna qoyaraq hər zaman onların yanında dayanıb. Xüsusən, AZTV-dəki qadın əməkdaşlarımıza daim dəstək olub. Onların əməyini qiymətləndirərək həmişə dəyərləndirib.
İlhamə xanım ədəbli, dürüst, özgüvənli olmaqla yanaşı insanlara könlündə bir ev tikən və həmin evi qoruyaraq yıxılmağa imkan verməyəcək qədər əzəmətlidir. Kim olduğunu və dəyərini bildiyim, ədəbinə, insanlığına hörmət və ehtiram göstərdiyim, əsl xarakter sahibi olan İlhamə xanım, bir insana “əskik olma” demək ən gözəl ifadə deyilmi?

Qadın olmağın dəyərini bilən, sevgisi, səmimiyyəti, nəzakəti ilə seçilən, daim biz yanında olmasaq belə haqqımızı müdafiə etməyi bacaran, qadınlıq qürurunu uca tutan əziz İlhamə xanım. 8 Mart Beynəlxalq Qadınlar Günün mübarək olsun. Heç zaman yanımızdan əskik olma, çünki varlığın ən gözəl hədiyyədir.

Gülüstan Əkbər