Lənkəran kitab sərgisi işə başladı - Tanınmış yazarlarla görüş olacaq

Lənkəran kitab sərgisi işə başladı   - Tanınmış yazarlarla görüş olacaq

05 May 2023 11:36 150


Bugündən başlayaraq üç gün ərzində Lənkəran şəhər Heydər Əliyev Parkındakı Gənclik Mərkəzində Lənkəran Kitab Sərgisi öz işinə başlayır.

Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi və “Secret” Kitab Mağazasının təşkilatçılığı ilə keçirilən sərgidə “Qanun” Nəşrlər Evi də minlərlə kitabla təmsil olunur.

Bu dəfə lənkəranlı oxucular nəşriyyatın yeni nəşrlərindən və endirim kampaniyalarından faydalana biləcəklər.

“Qanun” Nəşrlər Evinin təşəbbüsü ilə sərgi çərçivəsində mayın 6-da tanınmış yazıçı və şairlər Salam Sarvan, Fəxri Uğurlu, İlham Əziz, Şərif Ağayar və Şəhriyar del Gerani, mayın 7-də isə İradə Qədirova, Nərgiz İsmayıl və Günel İmranla görüş keçiriləcək.

Görüşdə müəlliflər kitablarını da oxucular üçün imzalayacaqdır.

Maraqlananlar dəvətlidir.