Rusiyanın müdafiə naziri məşhur rejissora vəzifə verdi

 Rusiyanın müdafiə naziri   məşhur rejissora vəzifə verdi

22 Fevral 2022 09:31 238


Dünya şöhrətli serb kinorejissor Əmir Kusturitsa Rusiya Ordusunun Mərkəzi Akademik Teatrının baş rejissoru olmağa razılıq verib.

YeniYaz.Az xəbər verir ki, o, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun təklifini qəbul edib.

Rejissor bildirib ki, onun üçün bu təklifi qəbul etmək şərəfdir.

Teatrın baş rejissoru kimi gələcək planlarından danışan E.Kusturitsa "Həyat möcüzə kimi", "Durnalar uçur" və başqa filmlərinin süjetlərini teatr səhnəsinə gətirməyi düşünür.