Yazıçı İlham Əziz kimdir? – Dosye

Yazıçı İlham Əziz kimdir?   – Dosye

12 Aprelel 2022 12:10 201


İlham Saleh oğlu Əzizov 1972-ci il aprelin 16-da Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub.

1979–1989-cu illərdə Salyan rayonu Noxudlu kənd orta məktəbində təhsil alıb. 1987–1989-cu illərdə Moskva Dövlət Universitetinin qiyabi Riyaziyyat məktəbini bitirib. 1989–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olub. 1994-cü ildən Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı vəzifəsində çalışıb. 1997-ci ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsinin "Büdcədənkənar fondlar" şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1998-ci ildə öz ərizəsi ilə vəzifəsindən azad edilib. Həmin ildən şəxsi bizneslə məşğuldur. Hazırda "Karizma Tradiq" şirkətinin direktorudur. Ailəlidir. İki övladı var.

2017-ci ildə ''İlham Əziz'' imzası ilə ədəbi fəaliyyətə başlayıb. Dövri mətbuatda hekayə, resenziya, publisistik yazıları ilə çıxış edir.

İlham Əzizin hekayələri "Sim-Sim.az", "Kulis.az", "Yeniyaz.az" kimi ədəbiyyat saytlarında, "Ədəbiyyat qəzeti"ndə çap olunub.

Bu günlərdə "Şimşəkdən sonra" adlı ilk kitabı işıq üzü görüb. Kitaba müəllifin xüsusi fərqləndirilən on hekayəsi daxil edilib.

2022-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.